ABŞ və Pakistan medisında Qərbi Azərbaycanın maddi-mənəvi sərvətləri haqqında məqalə dərc edilib 

ABŞ və Pakistan mediasında “Azərbaycanın maddi-mənəvi sərvətləri dünya mədəni irsinin tərkib hissəsi kimi” başlığı ilə məqalə dərc olunub. Məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Qərbi Azərbaycan həqiqətləri” layihəsi çərçivəsində yayımlanıb.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin imzası ilə dərc edilən məqalədə Azərbaycanın zəngin milli-mədəni dəyərləri olan qədim xalq olduğu qeyd edilib: “Azərbaycan ərazisində tarixi və mədəni abidələr, məscidlər xalqımızın maddi sərvətidir. Bu ərazilərdəki mədəniyyət nümunələri, o cümlədən xüsusi əhəmiyyətə malik, unikal abidələr dünya mədəni irsinin tərkib hissəsidir”.

Yazıda bildirilib ki, Göyçə sahillərindən Alagözə, Bozabdal dağlarından Zəngəzura qədər uzanan bu yerlərin yaddaşımıza hopmuş obrazını təbiət özü yaradıb: “Bu torpaq öz sinəsində zəngin tariximizin, mili-mənəvi varlığımızın daşıyıcısı olan  neçə-neçə nağıllarımızın, əfsanələrimizin, nəğmələrimizin izlərini  qoruyub saxlayır. Bu yerlərin ilk insan məskənlərindən olduğunu sübut edən Dəvəboynu və Alagöllər petroqlifləri, islamaqədərki mədəniyyətin nümunələri olan Alban- xristian məbədləri, İslam dövrünün tarix- mədəniyyət abidələri, min illər ərzində burada yaradılmış və dünyanın mədəniyyət xəzinəsinə daxil olmuş zəngin mədəni irs bu ərazinin Azərbaycan tarixinin və mədəniyyətinin  ayrılmaz hissəsi olduğunu göstərir.

Zəngəzurun qədim tarixinin pasportlarından sayılan abidələrindən biri də eramızdan öncə 4-cü, 2-ci minilliyə aid olan Qoşundaş abidələridir. XIX əsrin sonlarında Rus arxeoloqu və antropoloqu Aleksey İvanovski  Göyçə gölünün qərb sahillərində- Kəvər və Adıyaman kəndləri arasında, xüsusən də “Quru xaraba” deyilən ərazidə 8 belə kurqanın olduğunu vurğulayır və onların Minusinsk diyarında, Altayda Gök-su çayının vadisində, Orxon çöllərində, Tarbaqatay yüksəkliklərindəki kurqanlarla heyrətamiz oxşarlıqlarını qeyd edir. Onun Göyçə gölü hövzəsindəki kurqanlarda  apardığı qazıntılar zamanı daş-sənduqələrdə aşkar edilmiş kəllə  sümüklərinin, müxtəlif məişət və döyüş ləvazimatlarının Altay kurqanlarında və Xocalı-Gədəbəy kurqanlarındakı tapılanlarla eyniyyət təşkil eləməsi, bu ərazinin qədim Türklərin ilkin yaşayış məskənlərindən olduğunu sübut eləyir. Bütün Turan coğrafiyasında olduğu kimi Qərbi Azərbaycan ərazisindəki qədim məbədlər- islamaqədərki inanc yerlərimiz də qıpçaq-xristian mədəniyyətinin- islamaqədərki türk mədəniyyətinin  izlərini qoruyub saxlayır. Bu abidələr tariximizin Qafqaz Albaniyası dövrüylə bağlı nə qədər uydurma ehtimalların qarşısında səddə çevrilib. Onların daş yaddaşı, tarixin sınaqlarından çıxaraq bizə gəlib- çatmış daş kitabələr həqiqətin gizlədilməsinə imkan verməyib”. Məqalədə araşdırmaçı Əfqan Vəliyevin müəllifliyi ilə çap edilən “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı haqqıda məlumat verilib: “Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdəki fəaliyyətini davam etdirərək “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” elmi tədqiqat əsərinin davamı, II cildi                                                                                     olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gətirib və 6 noyabr 2023-cü ildə keçirdiyi tədbirlə  ictimaiyyətə təqdim edib. Bununla da I və II cilddə Qərbi Azərbaycana məxsus haqqında bu günə qədər az məlumat olan və heç tədqiq olunmayan 388 abidə tədqiq edilərək tarixşünaslığımızda yerini alıb”.

Yazıda Qərbi Azərbaycanın öz mətbəxi ilə də zəngin olan ərazi olduğu vurğulanır: “Bu baxımdan çoxillik tədqiqatların məhsulu olan “Azərbaycanın İrəvan bölgə mətbəxi” kitabı bu gün istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual və vacib sayılan bir mövzuya – İrəvan azərbaycanlılarının, bütövlükdə bir vaxtlar indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib. Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən hazırlanan kitabda İrəvan mətbəxinə, ümumən bütün Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanan, erməni iddialarının əsassızlığını sübuta yetirən bu monoqrafiya Azərbaycanın qədim tarixə malik bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir”.

2887
2888
2889
2890

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

//www.bukhariantimes.org/wp-content/uploads/2023/06/BT_1166_Mobile.pdf

//thediplomaticviews.com/material-and-moral-resources-of-azerbaijan-as-part-of-the-world-cultural-heritage/

Share: