“ABŞ strateji ehtiyatı artırmaq üçün Rusiyadan neft almayacaq”

ABŞ strateji ehtiyatı artırmaq üçün Rusiyadan neft almayacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pier brifinqdə deyib.

“Xeyr, çünki neft idxalı qadağandır”, – deyə mətbuat katibi bildirib.

Qeyd edək ki, mart ayında ABŞ Ukraynada münaqişənin kəskinləşməsi ilə əlaqədar Rusiyadan neft, neft məhsulları, LNG və kömür idxalına qadağa qoyub.


Share: