ABŞ Sərkisyanın “vor zakon” dostuna sanksiya tətbiq etdi

ABŞ Rusiya və keçmiş SSRİ ölkələrindən olan 10 kriminal avtoritetin və iki şirkətin adını sanksiyalar tətbiq edilmiş şəxslərin siyahısına daxil edib. Virtualaz.org RBK-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Siyahıya bu “qanuni oğru”ların adları daxil edilib: Yuri Piçugin (Piçuqa), Ruben Tatulyan (Robson), Alimjan Toxtaxunov (Tayvançik), Vladimir Türin (Türik), Zaxari Kalaşov (Şakro Molodoy), Vasili Xristoforov (Voskres), Kamçibek Kolbayev (Kamçi Bişkekski), Laşa Şuşanaşvili (Laşa Rustavski), Vladislay Leontyev (Vadik Belıy) və Qafur Rəhimov.

Suyahıya həmçinin Ruben Tatulyana məxsus olduqları iddia edilən “Spa-otel Vesna” QSC və “Novıy vek-Media” MMC-nin adı daxil edilib.

ABŞ Maliyyə Nazirliyi qeyd edir ki, bütün bu şəxslər ABŞ, Rusiya, Yunanıstan, İspaniya və Ukrayna ərazilərində fəaliyyət göstərən “Qanuni oğrular” təşkilaıt ilə bağlıdırlar.

Virtualaz.org qeyd edir ki, ABŞ-ın sanksiya tətbiq etdiyi “vor zakon”lardan biri-“Robson” ləqəbli Ruben Tatulyanın Ermənistan hakim elitası ilə sıx əlaqələri, hətta prezident Serj Sərkisyanla dostluq münasibətləri var. Bu ilin may ayında Çexiya polisi Karlovı-Varı şəhərindəki restoranlardan birində keçmiş sovet respublikalarından olan bir qrup “vor zakon”un toplantısının qarşısını almışdı və həmin əməliyyat zamanı “Robson” da daxil olmaqla bir neçə nəfər saxlanılmışdı.

Çexiya DİN-in mütəşəkkil cinayətlarlıqla mübarizə İdarəsinin detektivlərinin qarşısını almağa imkan tapdığı kriminal aləmin bəzi “zəhmətkeşlərinə” “vor zakon” titulu verilməliydi. Toplantıya qatılan qanqsterlərdən bəzilərinin adları məlumdur-bunlar Qayoz Zviadadze, Gela Kardava, Dmitri Zabrodin və digərləridir.

“Sxodka”nı çağıran isə Soçidə fəaliyyət göstərən erməni biznesmen-“vor zakon” Ruben Tatulyan idi. Kriminal aləmdə onun ləqəbi “Robson”dur. Məlumatlara görə “Robson” bir neçə ildir o dünyada olan “Ded Xasan”ın klanının Soçi üzrə nümayəndəsidir. Və Tatulyan Ermənistanın diplomatik nümayəndəliyi tərəfindən verilmiş 138 D 307 77 RUS diplomatik nömrə nişanlı avtomobildə gəzir. Karlovı Varıda saxlanılarkən onun üzərində Ermənistan diplomatik pasportu çıxıb. Nəticədə ciddi qalmaqal yaranıb.Sonradan “Robson” Rusiya hakimiyyətindəki əlaqələrindən istifadə edərək bu ölkənin KİV-lərində onun Çexiyada saxlanılması barədə dərc edilən xəbərləri yığışdırmağa nail olmuşdu.

Bu arada məlum olub ki, Tatulyanın üstünlükləri təkcə diplomatik pasport gəzdirib diplomatik nömrə nişanlı maşında şütüməsində deyil. O, Ermənistan investorları Klubunun üzvüdür. Hansı ki, baş nazir Karen Karapetyan və erməni mənşəli rusiyalı milyarder Samvel Karapetyan da bu klubda “Robson”la çiyin-çiyinədir. Habelə fotolardan birində “Robson” Ermənistan prezidenti Serj Sərkisyanla və oliqarx Qaqik Tsarukyanla (“Tupoy Qaqo”) ilə birlikdədir.Digər fotoda isə biz onu “Ded Xasan”la eyni masa arxasında görürük.

Müstəqil.Az

Share: