ABŞ “Patriot” sistemini vaxtından əvvəl Ukraynaya çatdıracaq

Birləşmiş Ştatlar Ukraynaya “Patriot” zenit-raket komplekslərini əvvəlcədən planlaşdırıldığından daha tez göndərəcək.

Bu, Ukrayna ekipajlarının sürətləndirilmiş hazırlığı, həmçinin elan edilmiş yaz hücumuna hazırlıqla bağlıdır.

Məlumata görə, 65 ukraynalı hərbçi tezliklə Oklahoma ştatındakı Fort Stilldə təlimlərini başa vuracaq, daha sonra təlimləri davam etdirmək üçün Avropaya gedəcəklər.

Qeyd olunur ki, adətən amerikalı döyüşçüyə “Patriot”u mənimsəmək üçün təxminən bir il vaxt lazımdır. Ukraynalılar isə 2023-cü il yanvarın 15-də təlimlərə başlayıblar.

Mənbə: rg.ru

Share: