ABŞ kosmosda silahların yerləşdirilməsini məhdudlaşdırmaq istəyir

Birləşmiş Ştatlar gələn həftə BMT Təhlükəsizlik Şurasına kosmosda nüvə silahının qadağan edilməsi ilə bağlı qətnamə təqdim edəcək.

xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.

“Gələn həftənin əvvəlində bu qətnaməni səsverməyə çıxaracağıq”, – Kirbi qeyd edib.

Ağ Evdə hesab edirlər ki, bu qətnaməyə Rusiya da səs verməlidir.

Share: