“ABŞ İsraili hər cəhətdən dəstəkləyir” — Netanyahu

“Dünyanın ən böyüklərindən biri olan Amerika təyyarə daşıyıcı gəmisi bizə doğru gəlir. ABŞ İsraili hər cəhətdən dəstəkləyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində bildirib.

Netanyahu, hücuma məruz qalan bölgələrdə nəzarəti bərpa edəcəklərini bildirərək “Biz qalib gələcəyimiz bir müharibədəyik”, – deyib

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi tərəfindən dünən edilən açıqlamada, müdafiə naziri Lloyd Austinin HƏMAS-ın başlatdığı hücumlarda İsrailə kömək etməyə hazır olmaq üçün Şərqi Aralıq dənizinə təyyarədaşıyan donanma göndərilməsi əmri verdiyi vurğulanıb.


Share: