ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxs saxlanılıb

Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumda şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə Türkiyə KİV-ləri yazıb.

Qeyd edək ki, insident yerli vaxtla saat 05:00 radələrində baş verib, atəş yolun kənarında dayanan ağ avtomobildən açılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücumu açıq-aydın xaos yaratmaq cəhdi adlandırıb.

Müstəqil.Az

Share: