ABŞ FTB: “Koronavirus Uhandakı laboratoriyadan sızmış ola bilər”

“ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) koronavirus pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan sızma nəticəsində yarana biləcəyini düşünür”.

Bu barədə FTB direktoru Kristofer Rey açıqlama verib.

“Bir müddətdir ki, FTB pandemiyanın mənbəyinin Uhandakı laboratoriya prosesindən qaynaqlana biləcəyini ehtimal edir”, – deyə o qeyd edib.

O vurğulayıb ki, söhbət Çin hakimiyyəti tərəfindən idarə olunan laboratoriyada baş verən mümkün sızma hadisəsindən gedir.

FTB direktoru eyni zamanda iddia edib ki, Çin hakimiyyəti ABŞ-nin və onun tərəfdaşlarının pandemiyanın başlanğıc səbəblərini araşdırmasına mane olmaq üçün mümkün olan hər şeyi edir.

Mənbə: “Fox News”

Share: