ABŞ ekspertləri Ukraynada vurulan İran PUA-larının qalıqlarını tədqiq ediblər

ABŞ hökumətinin ekspertləri Ukraynada vurulan İran pilotsuz uçuş aparatlarının qalıqlarını araşdırıblar.

Məlumata görə, PUA-ların strukturu və texnologiyası haqqında məlumat toplanıb ki, bu da Ukrayna Silahlı Qüvvələrinə qurğuları müəyyən etməyə və məqsədlərinə çatmamış onları məhv etməyə kömək edəcək.

Məsələn, ekspertlər müəyyən edə bildilər ki, “Shahed-136” dron modelinin dizaynında metal hissələr azdır. Ona görə də cihazı radarlardan istifadə etməklə aşkar etmək çətindir. Həmçinin “Shahed-136” asta və alçaqdan uçur.

Digər çətinlik PUA-ların uçuş nöqtələridir. Onlar ABŞ-ın təchiz etdiyi raket artilleriyasının zərbə endirməsi üçün çox uzaqdadırlar. Buna görə də PUA-ları havaya qalxmadan məhv etmək demək olar ki, mümkün deyil.

Mənbə: gazeta.ru

Share: