ABŞ dünya bazarlarında neftin qiyməti üzrə proqnozunu yüksəldib

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82,42 dollardan 87 dollaradək endirib.

“-Economics”in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2024-cü ildə WTI markalı neftinin qiyməti 82,15 dollar (öncəki proqnoz – 77,68 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, qurum 2025-ci il üçün “Brent” və WTI neft markalarının qiymətləri üzrə proqnozunu da açıqlayıb. Belə ki, EIA gələn il “Brent”ın qiymətinin 84,8 dollar (öncəki proqnoz – 79,48), WTI-ın isə 80,3 dollar (öncəki proqnoz – 74,98) səviyyəsində olacağını ehtimal edir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə “Brent”neftin orta qiyməti 82,41 dollar, WTI markalı xam neftin bir barelinin orta qiyməti isə 77,58 dollar səviyyəsində olub.

Share: