ABŞ distribyutoru Kannda yarışan filmi satın aldı

ABŞ distribyutoru Neon Castin Tritin Hiçkokvari məhkəmə dramı “Anatomy of a Fall” filmini satın alıb.

Kulis.az xəbər verir ki, 150 dəqiqəlik filmdə bir yazıçı şübhəli səbəblərdən ölür və qətlində həyat yoldaşının əli olduğuna dair izlər buraxır.

Qeyd edək ki, film premyerasından etibarən ötən il Alis Diopun Venesiya və Torontoda tamaşaçıları ovsunlayan “Müqəddəs Ömər” filmi ilə müqayisə olunub.

Share: