ABŞ-dan Rusiyaya sərt mesaj – S-300 xəbərdarlığı

Rusiya hökumətinin Suriyada S-300 komplekslərinin yerləşdirilməsinin tamamlanmasına dair açıqlamasına ABŞ-ın Dövlət katibi Mayk Pompeo reaksiya verib.

Müstəqil.Az  xarici mediyaya istinadla xəbər verir ki, Mayk Pompeo ABŞ-ın bu məsələyə cavabının necə olacağını əvvəlcədən açıqlamayacağını bildirib.

Onun sözlərinə görə, Rusiyanın Suriyada “S-300” yerləşdirməsi bölgədə hər kəs üçün risklərin böyüməsinə səbəb olacaq: “Biz bunu qıcıqlandırma olaraq qiymətləndiririk”.

İsrailin müdafiə naziri Aviqdor Liberman isə Rusiyanın bu addımına baxmayaraq İsrailin Suriyada əməliyyat keçirməkdən imtina etməyəcəyini açıqlayıb. Aviqdor Liberman, həmçinin “İsrailə “S-300”ləri kimlərin və necə idarə edəcəyi çox maraqlıdır”, -deyə əlavə edib.

Share: