ABŞ-da Şəki məhəlləsi – VİDEO

Eks-aparıcı Aynur Talıbova “Youtube” kanalında maraqlı video paylaşıb.

Müstəqil.Az Oxu.Az-a istinadla xəbər verir ki, ABŞ-a köçən Talıbova orada şəkililərin yerləşdiyi məhəlləni lentə alıb.

Penisilvaniyada yerləşən məhəllədə altı ailə yaşayır. Məhəllədə yaşayan ailələrin hamısı bir-birinə qohumdur.

Azərbaycanın mədəniyyətini və ailə dəyərlərini qoruyan həmyerlilərimiz hətta otaqlarının birini muzeyə çeviriblər. Onlar amerikalı və digər ölkələrdən olan tanışlara Azərbaycan haqda məlumat verir, zəngin irs və mədəniyyətimizi təbliğ edirlər.

18 il öncə ABŞ-a köçən ailələr ilk olaraq fəhlə və satıcı kimi işlərdə çalışıblar.

Share: