ABŞ-da qaz sızması nəticəsində 35 ev partladı

ABŞ-ın Massaçusets ştatında qaz sızması nəticəsində 35 evdə partlayış baş verib və yanğın başlayıb.
Bununla bağlı “NBC News” məlumat yayıb.
Sızmaya səbəb kimi Lourens, Andover və Şimali Andover şəhərlərində qaz boru kəmərində təzyiqin artırılması göstərilib. Hadisə zamanı bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Hakimiyyət sakinlərə qazdan istifadəni dayandırmaq və insanların təxliyyəsi ilə bağlı çağırışlar edib.(oxu.az)

Share: