ABŞ-da 8 yaşlı uşaq 5 yaşlı dostunu başından güllələyib

ABŞ-da səkkiz yaşlı uşaq beş yaşlı dostuna tapançadan atəş açıb.

Zərərçəkən ağır vəziyyətdə vertolyotla xəstəxanaya yerləşdirilib.

Başından güllə yarası alan azyaşlı əvvəlcə ən yaxın xəstəxanaya aparılıb, sonra isə helikopterlə başqa klinikaya yerləşdirilib. Onun vəziyyəti kritikdir.

Hazırda ən 8 yaşlı uşağın odlu silahı haradan tapdığı, o cümlədən hadisə zamanı evdə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur.

Hadisədən sonra 3 nəfər saxlanılıb, lakin hələlik heç bir ittiham irəli sürülməyib.

Mənbə: gazeta.ru

Share: