ABŞ-da Ərdoğansız Türkiyə arzusu ilə yaşayanlar…

Donald Tramp istisna olmaqla, ABŞ-da Ərdoğansız Türkiyənin arzusu ilə yaşayırlar.

Müstəqil.Az xəbər verir ki, bu sözləri türkiyəli ekspert Onur Erim Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutunun “Türk Demokratiyasına Baxış: 2023 və sonrası” məqaləsini şərh edərkən deyib.

Onun sözlərinə görə, dünyanın lider dövlətində artıq hər kəs Ərdoğanın ABŞ-a boyun əyməyəcəyini gözəl anlayır:

“İctimaiyyətə Ərdoğanın məğlub olacağı fikrini yeritməyə çalışırlar. ABŞ-da müxtəlif beyin mərkəzləri “Ərdoğan 2023-cü ildə məğlub ola bilər”, “Ərdoğanı məğlub etmə potensialı olan namizədlər var” kimi fikirlər istehsal etməyə başlayırlar”.

Erim bildirib ki, məqaləni dərc edən institut İsrail lobbisinin rəsmi orqanıdır.

Qeyd edək ki, sözügedən məqalədə Türkiyənin 2023-cü ildən sonrakı siyasi mənzərəsi proqnoz edilir.

Kamran Ə.

Share: