ABŞ-dən İrana yeni sanksiyalar

ABŞ İran neft və neft-kimya məhsullarını satan və ya satan 6 şirkətə qarşı sanksiya tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ Xarici İşlər Nazirliyi məlumat yayıb.

Açıqlamada, sanksiya tətbiq edilən şirkətlər arasında 1 Vyetnam, 2 Çin, 2 İran, həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mərkəzli şirkətlərin olduğu bildirilib. Bu şirkətlərə məxsus 20 gəminin də sanksiyalar dairəsinə daxil edildiyi qeyd olunub.

ABŞ dövlət katibi Entoni Blinken verdiyi açıqlamada, “ABŞ İranın enerji ixracatını əhəmiyyətli dərəcədə azaltmaqda qərarlıdır. İranın neft və neft-kimya ticarətini asanlaşdıranlara qarşı sanksiyaları davam etdirəcək”, – deyib.

“Bu qərar bizim İrana qarşı sanksiyaların tətbiqi səylərimizi gücləndirir. Biz sanksiyalarımızdan yan keçməyə çalışanlara qarşı tədbir görməkdən çəkinməyəcəyik”, – Blinken əlavə edib.


Share: