ABŞ-də konqresmen silahlı hücuma məruz qalıb

ABŞ-nin Texas ştatından olan konqresmen Henri Kuelyar Vaşinqtonda silahlı hücuma məruz qalıb.

Bildirilir ki, hücumu həyat keçirən şəxs konqresmenin “Honda” markalı minik avtomobilini qaçırıb.

Hücum nəticəsində konqresmenin xəsarət almadığı bildirilir.

Bəzi KİV hücumun Kapitoli binasının yaxınlığında baş verdiyini yazır.

Hadisənin digər təfərrüatı məlum deyil.

Mənbə: The Washington Post

Share: