ABŞ-də illər sonra afroamerikalılarla bağlı daha bir qərar – FOTO

window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Kaliforniyada (ABŞ) yerli hakimiyyət orqanları ştatın afroamerikalı sakinlərinə təxminən 640 milyard dollar təzminat ödəməyə hazırlaşır.

Söhbət kölələrin birbaşa nəslindən olan şəxslərdən gedir. Pul təxminən 1,8 milyon nəfər arasında bölünəcək. Bu o deməkdir ki, onların hər biri 356 min dollar ala biləcək.

Bununla əlaqədar yaxın günlərdə Kaliforniyanın Təzminat üzrə İşçi Qrupu Sakramentoda toplanacaq və vəsaitin necə bölüşdürüləcəyini müəyyən edəcək. Reparasiyanın birbaşa ödənişlər və ya da subsidiyalar şəklində ola biləcəyi düşünülür.

Lakin dövlətin bu qədər vəsaiti haradan əldə edə biləcəyi hələlik bəlli deyil.

Mənbə: REN TV

Share: