ABŞ-də bir gündə ikinci kütləvi atışma: Azı 9 nəfər yaralanıb

Bazar günü Ohayo ştatının Klivlend şəhərində baş verən kütləvi atışmada azı 9 nəfər güllə yarası alıb.

Məlumata görə, hazırda ölənlər barədə məlumat yoxdur.

“İlkin məlumatlara görə, şübhəli şəxs bir qrup sakinə atəş açaraq daha sonra hadisə yerindən qaçıb”, – Klivlend polisinin sözçüsü bildirib.

“Müstəntiqlər sübutları və videogörüntüləri tədqiq edir, həmçinin zərərçəkmişlərlə müsahibə aparırlar”, – deyə o əlavə edib.

Mənbə: TASS

Share: