ABŞ 2025-ci ildə Ermənistan iqtisadiyyatı və demokratiyası üçün 52 milyon dollar ayırmaq istəyir

ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistanda “iqtisadiyyat və demokratiyanın davamlılığının gücləndirilməsi” proqramları üçün 52 milyon dollar ayırmağı planlayı.

xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbərinin birinci müavini Paloma Adams-Allen brifinqdə deyib.

Agentlik ABŞ Dövlət Departamentinin bir hissəsidir.

Ağ Ev 2025-ci maliyyə ili üçün federal büdcə layihəsini ABŞ Konqresinə göndərib. Bu sənəddə ümumi xərclər 7,266 trilyon dollar, gəlirlər isə 5,485 trilyon dollar təşkil edir. Büdcə kəsiri 1,781 trilyon dollardır.

Share: