ABŞ Əfqanıstandan kapitulyasiya ilə gedir – İran

ABŞ-ın Əfqanıstanı işğalı və bu ölkədəki mövcudluğu kapitulyasiya ilə başa çatdı.

Müstəqil.Az xəbər verir ki, bunu İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“ABŞ işğalçıları heç vaxt Əfqanıstanı işğal etməməli idi. 19 illik təhqirdən sonra ABŞ kapitulyasiya təklif edir. Əfqanıstan, Suriya, İraq və Yəməndə yeganə problem ABŞ-dır. Onlar özlərindən sonra tam qarışıqlıq yaradaraq gedirlər”, – deyə o bildirib.

İlkin Mete

Share: