Abel Məhərrəmovun qardaşı vəzifədən çıxarıldı? – Rəsmi

Ədliyyə Nazirliyi Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən qeyd edilib ki, bəzi xəbər portallarında yayılan bu məlumatlar tamamilə uydurma olmaqla sensasiya xarakteri daşıyır və R.Məhərrəmov hazırda iş başındadır, öz vəzifəsini icra edir.

Qeyd edək ki, az öncə bəzi xəbər saytları BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun qardaşı, Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi, general Rauf Məhərrəmovun vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayıb.

Müstəqil.Az 

Share: