“ABB”nin Hacıqabul filialı da yeni konseptdə quruldu

“ABB”nin filiallarının transformasiyası layihəsi çərçivəsində Bankın Hacıqabul filialı da yenilənib. “ABB”nin müasir konseptinə uyğun qurulmuş filial Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində müştərilərin xidmətindədir.

Bizneslərin, eləcə də fərdi müştərilərin maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün burada hər cür şərait yaradılıb. Müştərilər Hacıqabul filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

“ABB”nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.


Share: