A24.Az aksiya keçirir – Gürcüstandakı soydaşlarımıza dərslik lazımdır

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində dərslik çatışmazlığı problemi var.

3 orta məktəbə müxtəlif dərslik vəsaitləri və bədii kitablar lazımdır.

A24.Az olaraq, məsələnin həlli ilə bağlı aksiya keçiririk. Belə ki, istifadə etmədiyiniz dərslikləri redaksiyamıza gətirərək bizə bu məsələdə yardımçı ola bilərsiniz. Gətirdiyiniz bütün kitablar sözügedən məktəblərə çatdırılacaq. Bununla da Gürcüstandakı azərbaycanlı şagirdlərin dərslik problemi qismən də olsa həllini tapmış olacaq.

Share: