Basketbol ulduzu yeni fərdi idman ayaqqabılarının anonsunu verdi – FOTO

NBA ulduzu Yannis Adetokumbo tezliklə bazara çıxacaq yeni imzalı ayaqqabısını nümayiş etdirib.

“Miluoki Baks” və Yunanıstan millisinin üzvü yığmanın məşqindən fotolarını paylaşıb.

O, “Nike Zoom Freak 4” idman ayaqqabısı ilə görüntülərini “Tezliklə” yazaraq şərh edib.

Qeyri-rəsmi məlumatlara görə, yeni ayaqqabılar avqustun 5-də satışa çıxarılacaq.

 

Share: