Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1971 nəfər vaksinasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı 139 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1267-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 215 olub.


Share: