Bərdə Regional Mədəniyyət İdarəsində şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirilib

 

Əvvəlcə  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova tədbir iştirakçılarını salamlayaraq, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun göstərdiyi misilsiz qəhrəmanlıqdan və qazanılan Zəfərin yaratdığı böyük ruh yüksəkliyindən danışıb. Bildirib ki, Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun gücü və xalqımızın birliyidir.
Daha sonra çıxış edən şəhid ailələri və qazilər 44 günlük Vətən müharibəsindən, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, danışaraq ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıblar. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir.
Tədbir bədii hissə ilə davam edərək vətənpərvər ruhda musiqi nömrələri ifa olunub və şeirlər səsləndirilib.

Share: