Regional idarənin rəisi Vətən müharibəsi şəhidinin ailəsini ziyarət etdi

 

Regional idarənin rəisi Vəsilə Möhsümova və mədəniyyət işçiləri Yevlax şəhərindən olan Vətən müharibəsi şəhidi Əsgərov Sadiq Elbəyi oğlunun ailəsini ziyarət edib.
Görüş zamanı regional idarənin rəisi Vəsilə Möhsümova Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi igidlik və şücaətdən, xalqımızın birliyindən, müzəffər Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vuraraq məğlub etməsindən bəhs edib. Həmçinin, görüş çərçivəsində şəhidin keçdiyi həyat və döyüş yolundan geniş söz açılıb.
Qeyd edək ki, Bərdə Regional Mədəniyyət idarəsinin Bərdə və Tərtər rayonları, Mingəçevir və Yevlax şəhərləri üzrə mədəniyyət işçiləri tərəfindən mütəmadi olaraq şəhid ailələri, qazilər ziyarət edilir, onlara lazımi diqqət və qayğı göstərilir.

Share: