
Hər dəfə ədəbiyyat ilə, əsasən də poeziya ilə bağlı düşüncələrimi dostlarla, oxucularla bölüşəndə təkrar olsa da vurğulayıram ki, şeir o vaxt uğurlu alınır, söz o vaxt dəyərli olur ki, o, insanın bütün iç dünyasını, bütün yaşadığı cizgiləri bir-bir kino lenti kimi oxucu gözlərinin önündən keçirir və söz sahibi ilə bir araya gələn oxucu həmin anda ən azı 70-80 faiz şairin özünə çevrilir, onun şəriki olur. Çünki yaşam gerçəkliyi təsvirə qalib gəlir.
613 oxunub