Azərbaycanda haram ət bolluğu…

Azərbaycanda haram ət sarıdan bolluqdur; xaricdən gətirməyə ehtiyac yoxdur…
Tacikistanın Dövlət Baytarlıq Xidməti bütün təchizatçıları ölkəyə qeyri-halal  ət məhsullarının idxalına qadağa qoyulması barədə xəbərdar etdi.
 
Müstəqil.az xəbər verir ki, bu haqda “SputnikTacikistan” xəbər yayıb. Hazırda ət idxalına  yalnız hökumət qurumlarının akkreditasiyası olduqda icazə verilir. Bundan əlavə, ət məhsullarının istehsalçısı olan müəssisəni Dövlət Baytarlıq Xidmətinin xüsusi komissiyasının yoxlaması zəruridir. Bütün idxal olunan məhsullar müsəlman standartlarına uyğun gəlməklə “halal” markalı olmalıdır.
Qlobal Müsəlman Səyahət İndeksinin (“Global Muslim Travel Index”) qlobal reytinqində Tacikistan halal turizm xidmətlərinin keyfiyyətinə görə 26-cı yerdədir və 54,7 balla bu sahədə ən yaxşı otuz ölkə sırasındadır.
“Crescent Rating” şirkətinin “MasterCard” ilə birgə versiyası üzrə isə Tacikistan halal qida məhsullarının keyfiyyətinə görə 69,5 xal toplayaraq Rusiyanı (61 bal) ötüb.
P.S. Azərbaycana xaricdən qeyri-halal ət gətirməyə ehtiyac yoxdur. Çünki ölkə daxilində  “qanuni” haqq verərək “halallıq” alan kifayət qədər at, eşşək, it, siçovul və s. kimi haram ət satan “leş” ləqəblilər  kifayət qədərdir… Ayda “ssenaridən kənara çıxan” 3-4 fağırı tutmaqla  iş bitmir…

Share: