Tərtər rayon Heydər Əliyev Mərkəzində “Xarıbülbün Qayıdışı“ adlı şeir müsabiqəsi…

Tərtər rayon Heydər Əliyev Mərkəzində “Xarıbülbün Qayıdışı“ adlı şeir müsabiqəsi keçirilib.

Ölkə başçımız müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev 2022 –ci ili Mədəniyyət Paytaxtımız Şuşanın 270 illik yubleyi həm də Şuşanın bərpasının sürətləndilrilməsi məqsədi ilə Şuşa ili elan etmişdir.
Bu məqsədlə Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzi “Qarabağın Gözbəbəyi Əsararəngiz Şuşa” adlı layihəyə fevral ayından start vermişdir.
Layihə çərçivəsində məqsədimiz hər dəfə əsararəngiz Şuşanın bir mədəniyyət sahəsinə toxunmaq və Şuşanı daha yaxından tanıyıb , tanıtmaqdır.
Bərdə Regional Mədəniyyət İdarəsi və Tərtər rayon Heydər Əliyev Mərkəzinin tədbirlər planına uyğun olaraq “Qarabağın Gözbəbəyi Əsararəngiz Şuşa” adlı layihəsi çərçivəsində “Xarıbülbün Qayıdışı “ adlı şeir müsabiqəsi keçirildi.
Müsabiqə iştirakçıları Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Bədii –Qiraət dərnəyinin fəal üzvləri və Tərtər Rayon Heydər Əliyev Mərkəzinin seçim turunda iştirak edərək müsabiqəyə vəsiqə qazananTərtər şəhər və kənd məktəblərinin təmsil edən şagirdlərdir.
Qeyd edək ki, seçim turlarında 30-dan artıq şagird iştirak etmiş, onlardan 10 nəfər şagird müsabiqəyə vəsiqə qazanmışdır.
26.05.2022-ci il tarixində keçirilən “Xarıbülbün Qayıdışı “ adlı şeir müsabiqəsində iştirakçılar münsiflər heyəti tərəfindən 5 ballıq sistemlə qiymətləndirilib.
Müsabiqənin sonunda Tərtər şəhər Əsəd Məmmədov adına 1 nömrəli tam orta məktəbin təmsil edən Səfərov Hüseyin Elsever oğlu “Azərbaycan Bayrağı” adlı şeiri səsləndirərək 1-ci yerə layiq görülmüş və mərkəzin direktoru tərəfindən Fəxri Fərmanla təltif edilib.
Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəbi təmsil edən Cavadova Nərminə Umud qızı “Qarabağa gedirəm” adlı şeiri səsləndirərək 2-ci yerə layiq görülmüş və mərkəzin direktoru tərəfindən Sertifikatla təltif olunub.
Tərtər şəhər İsmayıl Məmmədov adına 2 saylı məktəb liseyi təmsil edən Səfərova Zümrüd Hafiz qızı “Salam Şuşam” adlı şeiri səsləndirərək 3-cü yerə layiq görülmüş və mərkəzin direktoru tərəfindən Sertifikatla təltif olunub.
Sonda Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə və münsiflər heyətinin üzvləri Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova , Tərtər rayon Mədəniyyət Mərkəzinin metodisti Dürdanə Abdullayeva, Ağdam rayon 147 saylı ümumi orta məktəbin direktoru Rəna Mirzəyeva , Tərtər Mədəniyyət Mərkəzinin direktoru Telman Məmmədov , Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər regional bölməsinin rəhbəri Vidadi Məmmədzadə müsabiqə ilə bağlı öz fikirlərini bölüşüblər.
Tədbirin sonunda isə ‘Vətəndən pay olmayır ‘ adlı videoçarx nümayiş olunub.

Müstəqil.az

 

Share: