Ramiz Qusarçaylının “Vətən” adlı kitabının təqdimatı keçirildi

Dədə Ələsgər Ocağında şair və publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ramiz Qusarçaylının “Vətən” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə görkəmli professor Ələddin Allahverdiyev, Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli, akademik, millət vəkili Nizami Cəfərov, sosioloq Əhməd Qəşəmoğlu, iş adamları Ələsgər Mehdiyev, Rəşid Süleymanov, tarix elmləri doktoru, professor, şair Şahin Fazil, Dilçilik İnstutunun baş direktoru, professor Nadir Məmmədli, professor Rüstəm Kamal, tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, şair İbrahim İlyas, İlham Qəhrəman, Güllü Eldar Tomarlı, əməkdar artist Ağalar Bayramov, əməkdar artist Azad Şükürov, aşıq Fəzail Miskinli, Marif Mustafayev və saz-söz adamları iştirak ediblər. İştirakçılar çıxış edərək, Ramiz Qusarçaylının “Vətən” poeması kitabının Azərbaycan tarixinin ən qədim dövrlərindən bu günə qədərki inkişaf mərhələlərini gerçək tarixi faktlara əsaslanmaqla yazıldığını xüsusi vurğuladılar.
Sonda Ramiz Qusarçaylı tədbirin təşkilatçılarına, gələn qonaqlara öz minnətdarlığını bildirdi və “Vətən” poeması kitabını qonaqlara hədiyyə etdi.
Qeyd: Kitabın redaktoru, millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərli və “Ön söz”ün müəllifi tarix elmləri doktoru, professor, şair Şahin Fazildir.

Müəllifə yaradıcılıq uğurları arzulayırıq .

Müstəqil.az

Share: