Müharibənin 54-cü günü Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 54-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 20 600-ə yaxın hərbçi, 790 ədəd tank, 2041 ədəd zirehli döyüş maşını, 381 ədəd artilleriya sistemi, 130 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 167 ədəd hərbi təyyarə, 147 ədəd helikopter, 1 487 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 155 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.

Müstəqil.Az 

Share: