“Xeyli itki vermişik, bizim üçün böyük faciədir”

Rusiya Ukraynada keçirilən xüsusi əməliyyat zamanı xeyli itki verib.

Müstəqil.Az  xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın “SkyNews” telekanalına müsahibəsində bildirib.
“Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”, – deyə Kremlin sözçüsü bildirib.

Martın 25-də Rusiya Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyatlar zamanı 1351 rusiyalı hərbçinin öldürüldüyünü, daha 3825 nəfərin yaralandığını bildirib.

Eyni zamanda, Rusiya Federasiyası Müdafiə Nazirliyinin martın 25-də verdiyi məlumata görə, Ukrayna tərəfinin itkiləri 30 min nəfər təşkil edib.

Müstəqil.Az

Share: