“Xahiş edirəm, bu münaqişənin durdurulması üçün ölkə prezidentinə təsir edəsiniz”

Hazırda Avropada yaşayan tanınmış Azərbaycan yazıçısı Saday Şəkərli  Rusiyanın Ukraynanı işğal etmək niyyəti ilə etdiyi hücuma nünasibətini bildirərək  müharibəni dayanadırması üçün rusiyalı  yazarlara  müraciət ünvanlayıb. S. Şəkərli rusiyalı həmkərlarından insan təlafatına səbəb olunan mü2haribənin dayandırılması üçün  Prezident Putinə müraciət etmələrini xahiş edir . Müstəqil.Az müraciəti olduğu kimi yayılayır.

RUSİYA YAZIÇILARINA!
Hörmətli qələm qardaşlarım!
Mətbuatda 500 rusiyalı yazıçının ölkə prezidenti Vladimir Putinə müraciətinə rast gəldim. Gözlərimə inanmadım.
Yadınıza salıram.
Məni 2015-ci ildə hakimiyyəti tənqid etdiyim “Qurd ürəyi” romanıma görə şərləyib həbs etmiş, 10 il azadlıqdan məhrum edilmişdim. Türmədən sağ çıxmaq şansım belə yox idi. Tanrının ətəyindən başqa tutacaq yerim qalmamışdı. Belə bir çətin vaxtlarımda Rusiyada yaşayan görkəmli yazıçıların imzasıyla Azərbaycan respublikasının prezidenti İ.Əliyevə müraciət ünvanlandı, eləcə də üzvü olduğum Rusiya Yazıçılar İttifaqının prezidentə ünvanlanmış məktubu da mətbuatda dərc olunmuşdu və bu xəbərlər məni məhbəsdə ayaqda saxladı, bəlkə də ölümdən xilas etdi.
Məlumunuz olsun ki, mən hazırda siyasi mühacir kimi Avropada məskunlaşmışam, üstündə həbs edildiyim romanım isə ingilis dilinə tərcümə edilmiş,  bir neçə ölkədə nəşr olunmaqla yüzdən artıq ölkənin saytlarına yerləşdirilmişdir.
Yazıçılıq fəaliyyətimi nəzərə alaraq Soljenitsin Fondu məni ömürlük təqaüdlə mükafatlandırdı.
Deməyim budur ki, yazıçılıq taledir, siyasilərin əlində alət olmamalıdır. Məsələn, Rusiya-Ukrayna savaşına biganə qalan, ümumiyyətlə müharibəni dəstəkləyən, körpələrin, hamilə qadınların, qocaların, tüm insanların ölümünə səssiz tamaşa edən yazıçı saglığında ölmüş yazıçıdır.
Bu gün Ukrayna mənim türmədəki halımdadır, dağıntılar bir yana, sütül əsgərlərin, günahsız insanların öldürülməsi adamı dəhşətə gətirir. Nə qədər insan öz isti yuvasından oldu, qaçqın düşdü, psixikası pozulan kim, havalanan kim, kontuziya olan kim, danışılası, yazılası dərd deyil.
Məncə, yazıçı kiminsə tərəfini saxlamaya bilər, lakin, qana, qırğına münasibət bildirmək onun vətəndaşlıq borcudur.
Sizdən xahiş edirəm, sayı on mindən artıq olan Rusiya Yazıçıları İttifaqı ilə birləşib bu münaqişənin durdurulması üçün ölkə prezidentinə təsir edəsiniz.
Dərin hörmət və ehtiramla, sizin Saday Şəkərli
Rusiya Yazıçıları İttifaqının üzvü
Share: