Əməkdar müəllim Prezidentə müraciət etdi…

Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə.
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
cənab Kamran Əliyevə.
Surəti: Azərbaycan Respublikasının “Təhsil Naziri”
cənab Emin Əmrullayevə.

31-ci müraciət.
Çox hörmətli cənab Prezident!
Yazıb sizə bildirirəm ki, artıq mən dözə bilmirəm. Çörəyimizin duzu yoxdur. Tam yəqin etdim ki, Prezident Aparatında işləyənlərin yarıdan çoxu sizi qəlbən istəmir. Elə ona görə də müraciətlərimin heç birini qısqanclıq ucbatından sizə vermirlər. “Təhsil naziri” Emin Əmrullayev isə tamamilə ağ edib. Bu adam özünü bilməməzliyə vurub, öz komandası ilə birgə əslində təhsili dağıtmaqla məşğuldur. İşlədiyi müddət ərzində Azərbaycan zəhmətkeşlərinin böyük əksəriyyətinin nifrətini qazanıb. Mən bir təcrübəli pedaqoq kimi dəfələrlə sizə yazmışam ki, bu adamın təhsildən xəbəri yoxdur. Bunun üçün başına da özü kimilərini yığıb. Adama nə qədər demək olar ki, ay Emin Əmrullayev, təhsildən anlayışı olmayan, gecələr dayanmadan yerini islatmaq adı altında fərarilik edib, əsgəri xidmətdən yayınan, SOROS-un tərbiyəsini alan və SOROS-un hesabına təhsil alan, ixtisasca kənd təsərrüfatı mütəxəssisi ən nəhayət psixoloji durumunda problem olan Anar Qədiməliyevi bu günə kimi niyə işdən azad etmirsən? Marağın nədir? Gözləyirsən ki, bu adam Gəncə təhsilini tam çökdürsün? Üzdə möhtərəm Prezident, cənab Prezident demək asandır. Oğul ona deyirəm ki, əməllərində Prezidentə sədaqətli olasan. Amma mən sizin hərəkətlərinizi görürəm ki, siz öz əməlləriniz ilə xəncərlə cənab Prezidentin kürəyindən vurursunuz. Bu baxımdan mən sizə deyirəm ki, bu saxta işlərinizə son qoyun. Əgər bu işləri davam etdirsəniz, şəxsən sizə söz verirəm ki, həmin əlinizdəki xəncəri düz ürəyinizin başından sancacam. Bəsdirin daha təhsilin başına bu oyunları açdınız. Elə bil ki, sizlərə söz çatmır. O gün yenə televiziyada çıxış edib müəllimləri sertifikatlaşdırmadan danışırsınız. Hansı ki, bu gün həmin sertifikatlaşdırmaya heç bir ehtiyac yoxdur. Çünki, həmin sertifikatlaşma hazırkı dövrdə 1-ci güclü xərc tələb edir, 2-cisi isə müəllimlərin narahatçılığına və narazılığına səbəb olur. Bu imtahan heç kimə lazım deyil. Artıq bir şeydir. Müəllimləri mənəvi cəhətdən öldürmək deməkdir. Təhsil Nazirliyində bir ağıllı adam tapılmır ki, sənə deyə ki, bu ağılsız yoldan çəkin. Yox əgər belədirsə, həmin sertifikatlaşdırmanı 1-ci elə Anar Qədiməliyevdən başla. Sonra Təhsil Nazirliyində digər kənd təsərrüfat mütəxəssisi, atası hazırda Göyçay kollecinin direktoru vəzifəsində işləyən qatı müxalifətçi İrşad Abbasovun oğlu nazirlikdə mötəbər vəzifə tutan Orxan Abbasovdan başlayın. Yaxud Təhsil nazirliyini rüşvət mənbəyinə çevirən Eşqi Bağırovdan başlayın. Onda deyim ki, kişi adamsınız. Cənab Prezident təbii ki, müraciət edən bütün vətəndaşların problemlərini həll etmək sizin imkanınızdan xaricdir. O məsələlər ki, Təhsil Nazirliyi və Prezident Aparatının şöbə müdiri Fərəh xanım Əliyeva həll edə bilər onlar da bunu etmirlər. Məsələn: Mən Vətəndaşların Hüquqlarının Müdafiəsi Müvəkkili Səbinə xanım Əliyevaya müraciət etdim oda müraciətimi araşdırmadan, əsl həqiqəti üzə çıxarmadan Təhsil Nazirliyinə göndərdi. Ona görə də Səbinə xanıma da bir ağsaqqal kimi məsləhətim odur ki, işlədiyi idarənin adını dəyişdirib “Məmurların Hüquqlarının Müdafiəsinin Qorunması Müvəkkili” qoydursun. Çünki, o, vətəndaş kimi bizi yox, Emin Əmrullayevi müdafiə etdi. Eyni qaydada Respublika Əmək Müfəttişliyinin rəisi bir qayda olaraq Təhsil Nazirliyinə haqq qazandırdı. Bir sözlə mənim verəcəyim əsas başlıca sual bu günə kimi cavabsız qalıb. Mən sual verirəm ki, ay Emin Əmrullayev məni, Gəncə şəhər 30 nömrəli məktəbin direktorunu, Əməkdar müəllimi, bir ictimai xadimi və Gəncə şəhər 29 nömrəli məktəbin direktorunu Valeh Hüseynovu yəni, 2-ci əməkdar müəllimi 65 yaşı bəhanə edib, müqavilələrinə xitam verirsən, ancaq 3-cü 5 nömrəli məktəbin direktoru Bəhram İmranovu baxmayaraq ki, rəhbərlik etdiyi məktəb bizim məktəblərdən qat-qat aşağı səviyyədədir. Amma onunla 5-ci dəfədir ki, müqavilə bağlayırsan. Xeyir ola? Yaxud Respublikada 75-85 yaşlı sıravi məktəb direktorları ilə əmək müqaviləsi bağlayırsan. Bu hansı çərçivəyə sığır? Bu barədə mən şagirdim Baş Prokuror Kamran Əliyevə də müraciət etmişəm. O da yuxarıdakılar kimi məmur özbaşınalığına göz yumub mənə kömək etmədi. İndi mən kimə nə deyim? Mənim də bir çıxış yolum var. Mən yalnız və yalnız sizə inanıram. İnanıram ki, siz bu ədalətsizlikdən, bu haqsızlıqdan xəbər tutub mən və Valeh müəllimə kömək edəcəksiniz. Qəribədir ki, Anar Qədiməliyev yenidən şəhərə yayıb ki, Nazir mənə deyir ki, “qoy sənin haqqında nə yazırlar yazsınlar, ölməmişəm ha sənin arxanda mən durmuşam. Dünya da dağılsa, Regional Təhsil İdarəsinin rəisi sən olacaqsan”. Birdə deyib ki, mənim arxam da Prezident Aparatında işləyən Fizuli adlı dostum durur. Onu tanımıram. Bircə onu bilirəm ki, Anar Qədiməliyevin bu çirkin əməllərinə əsl obyektiv qiymət verilməlidir. Emin Əmrullayev Gəncə təhsilinin gələcəyi üçün ciddi nəticə çıxarmalı və qətiyyətli tədbir görməlidir. Yekunda cənab Prezident xahişim odur ki, Süleyman İsmayılov, Fərəh xanım Əliyeva və köməkçiniz Ədalət Vəliyev hər üçü birləşib mənim yox, sizin xətrinizə, sizin böyüklüyünüzə, sizin şəxsiyyətinizə istinad edib Emin Əmrullayevin doğru yola gəlməsinə öz qüvvələri hesabına təsir etsinlər. Konkret olaraq biz SOROS-dan yəni Anar Qədiməliyevdən canımızı qurtarmalıyıq. Gəncə Regional Təhsil İdarəsinə əsl təhsil işçisi təyin edilməlidir. Bu hamının ürəyincə olacaq.

Hörmətlə: Həsənov İlham Musa oğlu
Azərbaycan Respublikasının Əməkdar müəllimi, 1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı, “Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü, Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı
Əlaqə nömrəsi: 050-333-40-27

Share: