“Continental” da Rusiyada fəaliyyətini dayandırdı

“Continental” şirkəti Rusiyada istehsalı və fəaliyyətini dayandırmaq qərarına gəlib.

Müstəqil.Az xəbər verir ki, bu barədə şirkətin Hannoverdəki baş qərargahı məlumat yayıb.

“Biz Ukraynaya qarşı müharibə və onunla bağlı mövcud qarışıqlıq fonunda istehsalı müvəqqəti dayandırmaq qərarına gəldik”, – məlumatda vurğulanıb.

Qeyd olunub ki, Kaluqada təkər və ehtiyat hissələri istehsal edən zavod fəaliyyətini dayandırıb.

Müstəqil.Az

Share: