“Bayraktar” Rusiyanın T-80 tanklarını darmadağın etdi – FOTO

Ukrayna ordusu “Bayraktar” pilotsuz uçan aparatı ilə Rusiyaya məxsus tank tağımını məhv edib.

Müstəqil.Az bu barədə UNİAN-a istinad edir.

“Mövqelərimizi briqadanın artilleriyasından atəşə tutan üç rus T-80 tankını relyefə görə vurmaq mümkün olmadığından pilotsuz uçan aparat havaya qaldırıldı – bir neçə dəqiqədən sonra hədəf tank əleyhinə raketlə məhv edildi.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri “Bayraktar” vuran pilotsuz uçan aparat vasitəsilə rus işğalçılarının “Buk” zenit-raket kompleksini məhv edib”, – deyə xəbərdə bildirilir.

Müstəqil.Az

Share: