Naftalanda yol qəzası: 2 nəfər xəstəxanadadır

Naftalan şəhərində yol qəzası baş verib, xəsarət alanlar var. Yerli KİV-lərin məlumatına görə, hadisə Qaşaltı Qaraqoyunlu kəndində qeydə alınıb.

Minik avtomobilinin yük maşınına çırpılması nəticəsində Naftalan sakinləri – 1988-ci il təvəllüdlü N.Kazımov və 2000-ci il təvəllüdlü A.Kazımova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: