Müsəlmanlar Fransanı tərk edir

Fransada ayrı-seçkiliyə məruz qalan bir çox müsəlman özlərini təhlükəsiz hiss etmədikləri üçün ölkəni tərk edirlər.

 

Modern.az xəbər verir ki, “New York Times”da yayımlanan məqalədə “Bu insanlar davamlı olaraq öz təhlükəsizliklərini, aidiyyəti olmama hissini şübhə altına alır və onlara qarşı qərəzli bir maneə olduğu üçün ölkəni tərk etmək məcburiyyətində hiss edirlər”, – deyə qeyd edilib.

 

Fransanın dinamizm və imkan axtarışında olan yüksək ixtisaslı mütəxəssislərini itirdiyi bildirilən xəbərdə, tədqiqatçılara görə aralarındakı ayrı-seçkiliyi səbəb kimi göstərən çoxlu müsəlman fransızların olduğu vurğulanır.

 

Xəbərdə ölkədəki siyasətçilərin və mətbuatın bu tendensiyaya məhəl qoymadığı bildirilir.

 

 

Müstəqil.Az

Share: