Ədəbiyyat İnstitutunun YAP Ərazi təşkilatının sədri seçilib

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının Ərazi təşkilatının sədri seçilib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və baş məsləhətçisi Elnarə Mustafayeva, YAP AMEA ərazi təşkilatının sədri Ulduzə Qurbanova da yeni sədrin seçilməsində iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli YAP-ın tarixi və həyata keçirdiyi mühüm işlər barəsində danışıb. Partiyanın qurucusu Heydər Əliyevi dünya siyasətində böyük, Azərbaycan xalqının tarixində əvəzsiz yeri olan dahi siyasətçi adlandırıb: “Heydər Əliyev və İlham Əliyev Azərbaycan xalqının şansı-bəxtidir. Heydər Əliyev Azərbaycan xalqının əbədi, ümummilli, İlham Əliyev isə qüdrətli lideridir. Qarabağ Zəfəri də bunu isbat etdi. Böyük Qayıdış hərəkatında cənab Prezidentin ən yaxın silahdaşı kimi Mehriban xanım da özünün böyük töhfəsini verir. Böyük Qayıdış özü bir dövlət proqramıdır.

YAP Yasamal rayon təşkilatı ilə bizim əlaqələrimiz həmişə yaxşı olub. Bəxtiyar müəllimin ora gəlməyi də partiyanın həyatında yeni mərhələdir. Akademiya üzrə bu işin kuratoru mənəm, kordinatoru da istəyirəm ki, Ulduzə Qurbanova olsun. Mən Tağı Əhmədovun da, Xədicə İsgəndərlinin də əməyini qiymətləndirirəm. Təklif edirik ki, Ədəbiyyat İnstitutunda Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının sədri filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, müavini isə elmi işçi Dilarə Əliyeva olsun”.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək yaradılmış şəratiə görə dərin minnətdarlığını bildirərək vurğulayıb ki, “akademiyada YAP-ın fəaliyyətinin genişləndirilməsində İsa müəllimin əvəzsiz xidmətləri olub və bu gün də davam etməkdədir. Təkliflərinzi də qəbul edirəm. Yeni seçilmiş hər iki şəxslə birlikdə rayon təşkilatının fəaliyyətinə töhfə verməyə hazırıq”.

Sonda Müstəqillik dövrü  Azərbaycan Ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova yeni sədr seçilməsində əməyi keçənlərə təşəkkürlərini çatdırıb: “Yoldaşıma “Azərbaycan Bayrağı” ordeni şəxsən Heydər Əliyev tərəfindən təqdim olunub. O dəstəyi hər zaman institutda İsa müəllimdən görürəm. Mən İsa müəllimin göstərdiyi yolla gedəcəyəm, çalışacağam onun etimadını hər zaman doğruldum”.

 

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.Az

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.

Share: