Qəhrəman Kamiloğlu yeni kitabını təqdim edəcək…

Müstəqil.Az xəbər verir ki, gənc şair Qəhrəman Kamiloğlunun “Payız, gəl, tanış olaq ” adlı yeni şeirlər kitabı  işıq üzü görüb.
Kitabın redaktoru tanınmış şair Ramiz Qusarçaylı , bədii redaktoru  Fəxrəddin Əliyev , korrektoru Amil Adıgözəlov , dizayneri Elçin Mahmudzadədir.
Kitabda rəssam  Sehran Allahverdi , Emin Qədirov, Aflatun İsrailov , İbrahim ŞərifovPakizə Mirzəyevanın rəsmlərindən də istifadə olunub.
1 oktyabr, saat 15: 00 – da “Azərkitab Kitab Təbliğat Mərkəzində” kitabın  təqdimat mərasimi və imza günü keçiriləcəkdir.
Bütün ədəbiyyatsevərlər dəvətlidir.
Müəllifə yeni yaradıcılıq uğurları arzulayırıq.
Aysel Səfərli
Müstəqil.Az 
Share: