Bernard Şounun aforizmləri

Böyük saydığım insanların aforizmlərini paylaşmaqda məqsədim, bunu oxuyacaq dostların, bir anlığına, gündəlik cansıxıcı həyatın yaratdığı təəsüratlardan ayrılması, habelə, bu həyatın alternativi olan ideyalar aləminə baş vurması üçündür.

Araz GÜNDÜZ
Dünya – işləmədən varlanmaq istəyən avaralardan və işləyərək varlanmaq istəməyən axmaqlardan ibarətdir.
İkilikdə rəqs eləmək – özlərinin üfqi (horizontal) istəklərini şaquli (vertikal) ifadə etməkdir.
Nifrət – qorxağın keçirdiyi qorxuya görə almaq istədiyi qisasdır.
Özümüzün yaratmadığımız səadətdən istifadə etmək haqqımız yoxdur.
İdeal ər – öz arvadının ideal olduğunu hesab edən kişidir.
Yalqızlığa dözmək və ondan həzz almaq çox böyük istedaddır.
Səmimi olmaq qorxulu deyil, əgər üstəlik siz həm də axmaqsınızsa.
Aradabir adamları güldürməyə də çalışmaq lazımdır ki, onların sizi asmaq fikrini yayındırasınız.
Öz doğmalarına qarşı ən böyük günah onlara nifrət etmək deyil, laqeyd olmaqdır; bu artıq adam olmamağın zirvəsinə çatmaqdır.
Qadınlar bizim onlara kiminlə xəyanət edəcəyimizi o dəqiqə müəyyənləşdirə bilirlər. Aradabir, bu hələ bizim ağlımıza gəlməmişdən də onlara bəlli olur.
Elə bir qadın yoxdur ki, sağollaşmağı otuzdan az olan sözlə ifadə edə bilsin.
Darıxdırıcı qadındansa ehtiraslı qadınla yaşamaq daha asandır. Düzdür, belə qadınları bəzən boğub öldürürlər, ancaq çox az hallarda atırlar.
Alkoqol – “həyat” adlanan əməliyyata dözə bilmək üçün işlədilən ağrıkəsicidir.
Kim bacarırsa, öz işi ilə məşğuldur, bacarmayanlar isə başqalarını öyrədir.
Çalışın sevdiyinizə çatasınız, yoxsa sizə nə çatırsa, onu sevməli olacaqsınız.
Qocalmaq darıxdırıcıdır, ancaq uzun ömür sürməyin başqa yolu yoxdur.
Tarixdən alınması mümkün olan yeganə dərs budur ki, insanlar tarixdən heç bir dərs almırlar.
Qəzet – elə bir çap orqanıdır ki, velisopeddən yıxılmaqla sivilizasiyanın yıxılması arasında fərq görmür.
Əgər sizinlə mənim hərəmizin bir almamız vardırsa və biz onları öz aramızda dəyişiriksə, onda yenə də hərəmizin bir alması olacaqdır. Ancaq, əgər sizinlə mənim hərəyə bir ideyamız vardırsa və biz onları öz aramızda dəyişiriksə, onda bizim hər birimizin iki ideyası olacaqdır.
Sağlam düşüncə və əməksevərlik sizin istedad çatışmazlığınızı aradan qaldıra bilər və siz bununla dahilərin dahisi ola bilərsiniz, ancaq siz öz axmaqlığınızdan həyatınızı puç edirsiniz.
Rütbələr və titullar ölkə qarşısında şübhə doğurmayan əməkləri olan adamlar üçün düşünülmüşdür, ancaq bu əməklərin nədən ibarət olduğu ölkədə yaşayan xalqa bəlli olmur.
İnsan da kərpic kimidir: yandıqca bərkiyir.
Nüfuz – maska kimidir, insan onu da eyni ilə pencək və şalvar kimi geyinib gəzməli olur.
Heç nəyə inanmayan insan hər şeydən qorxur.
Təbiət boşluğu sevmir: harada insanlar həqiqəti bilmirsə, oranı fərziyyələrlə doldurur.
Çağdaş toplumda, əqidəsi olmayan varlı adamlar, əxlaqı olmayan yoxsul qadınlardan daha qorxuludur.
Bizim bədbəxtliyimizin sirri odur ki, özümüzün xoşbəxt olub-olmadığımızı düşünmək üçün boş vaxtımız vardır.
Heyvanlar mənim dostumdur və mən öz dostlarımı yemirəm (vegeteriançılıq üçün deyilmişdir).
Həyat heç də özünü tapmaq üçün deyildir. Həyat – özünü yaratmaq üçündür.
Mən nə qədər çox yaşayırımsa, buna bir o qədər əmin oluram: Yer, Günəş sisteminin dəlixanasıdır.
Bibliyada yazıldığına görə, Allah dünyanı yaradandan sonra ona baxıb: “yaxşıdır”, dedi. Görəsən, o indi dünyaya baxıb nə deyir.
Əgər siz düşünmədən nəyisə demisinizsə, deməli, siz o anda düşündüyünüzü demisiniz.
Allahı, uzaq göylərdə yaşayan insandan qorx.
Böyük həqiqətlərin çoxu öncə küfr sayılmışdır.
İndi bizim göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndiyimiz bugünümzdə, yalnız bir şeyimiz çatmır – yerdə insan kimi yaşamağı öyrənməyimiz.
Rus dilindən tərcümə etdi : Araz GÜNDÜZ
Share: