“ƏDV geri al” vasitəsi ilə vətəndaşlara nə gədər vəsait qaytarılıb?

Azərbaycanda 2020-ci ilin may ayından etibarən “ƏDV geri al” sisteminin vasitəsi ilə qaytarılan vəsaitlərin həcmi açıqlanıb.

Dövlət Vergi Xidmətinin məlumatına əsasən, ƏDV-nin qaytarılması üçün yaradılmış www.edvgerial.az xüsusi portalda 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296 milyon 851 min 431 çek üzrə 119 milyon 660 min 913,4 manat həcmində ƏDV məbləği geri qaytarılıb.

2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir.

Müstəqil.Az

Share: