Şirvanda yol qəzası: bir ailənin 2 üzvü xəsarət alıb

Şirvanda yol qəzası baş verib. Hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili Sabirabad rayon sakinləri – 1986-cı il təvəllüdlü Mirzəyeva Ülviyyə Nəsirağa qızı və qızı, 2006-cı il təvəllüdlü Mirzəyeva Gülgəz Elçin qızını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan ana və qızı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: