Koronavirusla bağlı SON STATİSTİKA

 

Dünyada 219 975 001 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd olunur.

Virusdan 4 557 307 xəstə ölüb, 196 632 018 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (40 513 018 nəfər), Hindistan (32 903 289 nəfər), Braziliya (20 830 712 nəfər), Rusiya (6 956 318 nəfər) və Böyük Britaniyadır (6 862 904 nəfər).

Türkiyədə 6 435 773, İranda 5 055 512, Gürcüstanda 556 909, Ermənistanda isə 243 386 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (184 812 nəfər), İran (108 988 nəfər) və Türkiyədə (57 283 nəfər) qeydə alınıb.

Azərbaycanda koronavirusa yoluxan 432 495 nəfərin 5 722-si ölüb, 373 475 xəstə sağalıb.

Share: