Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə… – Cəfərov Əlixan yazır

Müstəqil.Az redaksiyaya gələn oxucu müraciətini olduğu kimi təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə.
 
Sürəti: Azərbaycan Respublikasının Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya.
 
Sürəti : Respublika prokuroru cənab Kamran Əliyevə.
 
Sürəti : Dövlət Təhlükəsizlik xidmətinin rəisi Əli Nağıyevə
 
Sürəti : Daxili İşlər naziri cənab Vilayət Eyvazova
 
 
Bakı şəhəri Nəsimi rayonu 968 -ci məhəlləsində S.Rüstəmov, M.Qasimov,
 
X.Şuşinski və F.Qasımzadə küçələrinin kəsişməsində “Elips-R ” – Mənzil
 
Tikinti Kooperativi tərəfindən inşaa olunan çoxmərtəbəli yaşayış binanın
 
sədri : Cəfərov Əlixan Əvəz oğlu tərəfindən
 
 
 
 
Şikayət Ərizəsi
 
 
Çox hörmətli prezident ,çox hörmət Mehriban xanım ,dövlət təşkilat rəhbərləri məlumunuz olsun ki, Sabiq Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov ,Milli təhlükəsizlik naziri olanda, Eldar Mahmudovun yaxın qohumu sabiq Milli təhlükəsizlik Nazirinin dələduz əməkdaşı İlham Mahmudov şirkətimizin əməkdaşı Süleymanov Ramiz Cavad oğluna hədə qorxu gələrək saxta sənət imzaladıbdır ki,yeni tikiləcək binada,guya İlham Mahmudov da ev alıbdır.Halbu ki, İlham Mahmudov bu tikiləcək bina üçün 1-manaatda belə ödəməyibdir.Dövlətə və şirkət sahiblərinə ziyan vuran dələdüz ,həbsdən yeni çıxan İlham Mahmudov yenidən şirkətimizin əməkdaşlarına hədə qorxu gələrək , əvvəllər hədə qorxuyla əməkdaşımız Süleymanov Ramiz Cavad oğluna saxta sənədlərlə imzalatdırdığı “Elips-R ” Mənzil Tikinti Kooperativindən yenidən hədə qorxu gələrək və şantaj edərək mənzil istəyir.
 
İlham Mahmudov bizə hədə qorxu gələrək söyləyir ki, nə olur olsun sizi şantaj edib , tikinti şirkətinizdən özümə mənzil alacağam. İlham Mahmudova söyləyirik ki, axı sən şirkətimizə mənzil almaq üçün bir manaatda ödəniş etməmisən.Şirkətimiz sənə necə mənzil versin.
 
Cənab prezident , hörmətli dövlət təşkilat rəhbərləri sizlərdən xaiş edirəm ki, dələduz cinayətkar Sabiq Milli təhlükəsizlik Nazirinin əməkdaşı İlham Mahmudovun cinayətkar əməllərinə qarşı tədbir görəsiniz. Əvvəlcədən sizlərə öz təşəkkürümü bildirirəm.
 
 
 
Hörmətlə. Cəfərov Əlixan Əvəz oğlu
Müstəqil.Az
Share: