“Münaqişə onda bitəcək ki, hərbçilərimiz Xocalıya daxil olacaq, separatçılar tərksilah ediləcək…”

Müstəqil.Az-ın məlumatına görə, bunu siyasi ekspert Elxan Şahinoğlu ermənilərin Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mpvqelərini atəşə tutmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, erməni separatçılarının sağa-sola atəş açmaları Qarabağdakı Rusiya hərbçilərini narahat etmir, onlar özləri buna şərait yaradırlar və Moskva Bakının izahat tələblərini qulaqardına vurur.

“Burası aydındır. Biz bu vəziyyətdə nə etməliyik? Əsas sual budur. Müharibədə qələbə çalmışıq, ancaq bu təxribatların davamı göstərir ki, münaqişə hələ bitməyib.

Münaqişə o zaman bitəcək ki,

1) Azərbaycan hərbçiləri ilkin mərhələdə Şuşanın kəndlərinə və Xocalıya daxil olacaqlar;

2) Qarabağdakı erməni separatçıları tərksilah olacaqlar;

3) Qarabağın tamamı Azərbaycan Konstitusiyasına və qanunlarına tabe olacaq;

4) Laçın dəhlizi başda olmaqla Ermənistanla sərhəd tam nəzarət altına alınacaq.

Bunları həyata keçirmədən münaqişənin arxada qaldığını söyləmək erkəndir”.

(modern.az)

Share:

Author: Müstəqil AZ