Gürcüstanda aztəminatlı azərbaycanlı ailələrə Ramazan sovqatları paylanıldı

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) hər il olduğu kimi bu il də Ramazan bayramı münasibətilə ərzaq yardımı kampaniyası təşkil edib.

Müstəqil.Az  yerli KİV-ə istinadən bildirior ki, xeyriyyə aksiyası təşkilata üzv və tərəfdaş şirkətlərin dəstəyi ilə baş tutub.

Kampaniya çərçivəsində Tbilisi şəhəri, Qardabani və Marneuli rayonlarında yaşayan 150-dən çox aztəminatlı azərbaycanlı ailəyə ərzaq məhsullarından ibarət qutular paylanılıb.

Müstəqil.Az

Share:

Author: Müstəqil AZ